Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Bəxtiyar Aslanovun xatirəsi anılıb

14 fevral 2023 | 11:25

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Bəxtiyar İlqar oğlu Aslanovun anım günüdür.

Naftalan ŞİH başçısı, Şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini böyük ehtiramla yad ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər