Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Bəxtiyar Aslanovun doğum günü qeyd edilib

28 dekabr 2022 | 17:44

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Aslanov Bəxtiyar İlqar oğlunun doğum günündə xatirəsi anılıb.

Naftalan ŞİH-nin məsul əməkdaşları, idarə müəssisə rəhbərləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra məktəblilərin ifasında şəhidin şərəfli həyat yolunu, vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqları özündə əks etdirən şeir və kompozisiyalar səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Bəxtiyar Aslanov ölümündən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər