Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Bəhruz Quliyevin övladının 10 yaşı tamam olur

13 avqust 2024 | 14:25

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn vətən oğullarının ailələri, onların övladları hər zaman diqqət və qayğı ilə əhatə olunurlar. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Quliyev Bəhruz Firuz oğlunun övladı Elayın bu gün 10 yaşı tamam olur.

ŞİH-nin əməkdaşı, ADİİXİHİ Naftalan şəhər Komitəsinin sədri balamızı doğum günündə təbrik edib, şəhər rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər.

Ailə üzvləri hər zaman dövlətin qayğısı ilə əhatə olunduqları üçün minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər