Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi qazisi ilə görüş keçirilib

27 may 2025 | 14:44

Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vəfadar Bağırov və şəhər İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi İlkin Tağıyevi müraciəti əsasında qəbul edib.

Görüş zamanı Vətən Müharibəsində iştirak etmiş qazilərin xalqımız üçün əvəzsiz xidmətlərindən danışaraq, onların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğundan söhbət açılıb. Qazilərin sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və məşğulluğunun təmin olunması sahəsində atılan ardıcıl addımların bu istiqamətdə həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi olduğu qeyd edilib.

Qəbul zamanı qazinin səsləndirdiyi müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli istiqamətində müvafiq göstərişlər verilib.

Sonda qazi İlkin Tağıyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə sonsuz minnətdarlığını ifadə edib.

Keçidlər