Vətən müharibəsi qaziləri ziyarət edilib
Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mütəmadi olaraq onların rifah halının yaxşılaşdırılması, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın öz qəhrəmanlarına olan ehtiramının və minnətdarlığının bariz nümunəsidir.
Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə ənənəvi olaraq qaziləri evlərində ziyarət ediblər. Onları bayram münasibəti ilə təbrik edərək, Şəhər İcra Hakimiyyəti adından bayram sovqatları təqdim ediblər.
Görüşdə Vətən müharibəsində qazanılan tarixi qələbədən, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq barədə söhbət açılıb. Qazilər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər, dövlətin dəstəyi sayəsində həyat şəraitlərinin daha da yaxşılaşdığını vurğulayıblar.