Vətən Müharibəsi qaziləri ziyarət edilib
26 sentyabr 2024 | 12:15
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət göstərilir. Respublikamızda şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, məsul əməkdaşları 27- sentyabr Anım Günü ərəfəsində ənənəvi olaraq qaziləri evlərində ziyarət ediblər.
Görüş zamanı Vətən Müharibəsində əldə edilən qələbədən, Azərbaycan ordusunun qüdrətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söhbət açılıb. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəbərinə minnətdarlıqlarını ifadə ediblər.