Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar bizim gələcəyimizdir”

31 may 2024 | 15:51

Naftalan ŞİH-nin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Xoşbəxt olsun uşaqlar!” adlı bayram tədbiri keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri, İctimai Şuranın üzvləri, Heydər Əliyev Mərkəzinin, təhsil müəssisələrinin direktorları, Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələri, şəhid və qazi övladları məktəblilər, idmançılar iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Sonra uşaqların rəsm işlərindən ibarət sərgiləri ilə tanış olub, gənc idmançıların nümunəvi çıxışlarına tamaşa ediblər.

Uşaq musiqi məktəbi xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri özündə ehtiva edən video-çarxın nümayişi ilə tədbir davam etdirilib.

Tədbirdə çıxış edənlər uşaqları bayram münasibəti ilə təbrik edərək qeyd ediblər ki, Azərbaycan uşaqlarının bu gün ki, xoşbəxtliyinin, azadlığının kökündə Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, xalqımıza yaşatdığı Tarixi Zəfərlər dayanır. Ölkəmizdə uşaqların firavan böyüməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Qeyd edilib ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, uşaqlara diqqət və qayğı ilə yanaşaraq problemlərinin həlli istiqamətində müxtəlif genişmiqyaslı layihələr həyata keçirilməsini təmin edir. Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh şəraitində yaşamasıdır. Azərbaycanın gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, qalib və müstəqil ölkənin vətəndaşlarıdırlar.

Tədbir Uşaq musiqi məktəbinin, Körpələr evi-Uşaq bağçasının, tam orta məktəblilərin kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib.

Keçidlər