Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və fəallarına ekskursiya təşkil olunub

20 avqust 2024 | 14:32

Naftalanda AQUPDK yanında Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin təşəbbüsü, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiyada Naftalan ŞİHB-nin məsul əməkdaşları, Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və bir qrup fəallar iştirak ediblər.

Ekskursiya zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi naminə göstərdiyi çoxsaylı fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto eksponatlarla tanış olublar. Uşaqlara Ulu Öndərin təkrarolunmaz həyat yolu, zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verilib, Heydər Əliyevin həyat və fəaliyyəti istiqamətlərini əks etdirən kitablarla da tanış olublar.

AQUPDK tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində keçirilən təlimdə fəal iştirak edən uşaqlara Sertifikatlar təqdim olunub.

Keçidlər