“Uşaq Səfirlər Məclisi”nə seçilmiş nümayəndələrlə və üzvlərlə görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində “Uşaq Səfirlər Məclisi”nə seçilmiş nümayəndələrlə və üzvlərlə görüş keçirilib.
Görüşdə Naftalan ŞİH-nin və Heydər Əliyev Mərkəzinin nümayəndələri, AQUPDK yanında Uşaq Səfirlər Məclisinin yerli nümayəndələri və fəal şagirdlər iştirak edib.
İlk öncə görüş iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. İştirakçılara ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verilib.
Çıxış edənlər Uşaq Səfirlər Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Məclisin yaradılmasında əsas məqsəd uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması, uşaq hüquqlarının müdafiəsi, uşaqların inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələrin aparılmasından, onların həlli istiqamətində təkliflərin irəli sürülməsindən ibarətdir.
Həmçinin bildirilib ki, “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəlikləri üçün 2024-cü il üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq, Naftalan Şəhər İcra Hakimiyyəti və yerli təhsil sektoru tərəfindən region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün Naftalan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən 20 fəal məktəblinin seçilməsi təmin edilib. Tədbirlər Planının bəndləri iştirakçıların diqqətinə çatdırılıb, təkliflər dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.