Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

12 noyabr 2026 | 20:18

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Yol hərəkəti qaydaları həyatımızın təhlükəsizliyidir” mövzusunda maarifləndirici görüş təşkil olunub. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis Şöbəsinin məsul əməkdaşları və şagirdlər iştirak ediblər.

Tədbir zamanı şagirdlərə yol hərəkəti təhlükəsizliyinin əsas prinsipləri, yol nişanlarının təyinatı və onlara düzgün riayət olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, azyaşlıların yol-nəqliyyat hadisələrindən qorunması, onların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məktəblərdə mütəmadi profilaktik və maarifləndirici tədbirlərin təşkili xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, bu kimi görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərdə yol hərəkəti qaydalarına dair bilik və vərdişləri formalaşdırmaq, yol təhlükəsizliyi mədəniyyətini artırmaq, eləcə də uşaqların həyat və sağlamlığının qorunmasına töhfə verməkdir.

Keçidlər