“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlar arasında hüquqi maarifləndirməni artırmaq məqsədilə “Uşaqlar öz hüquqlarını necə başa düşür” mövzusunda tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin, ŞPŞ-nin məsul əməkdaşları, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri və məsul əməkdaşları, məktəblilər, müəllimlər və valideynlər iştirak ediblər.
Ölkəmizdə Ombudsman tərəfindən 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edilməsinin tarixindən, əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən danışılıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ailə siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilməsi barədə geniş məlumat verilib. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğu qeyd edilib. Bildirilib ki, uşaqların öz hüquqlarını bilməsi və onlara hörmətlə yanaşması cəmiyyətin gələcəyi üçün böyük önəm daşıyır. Erkən nikahın, eləcə də qan qohumları arasında nikahın yolverilməzliyi, tibbi, psixoloji və hüquqi aspektləri iştirakçıların diqqətinə çatdırılıb.
Məktəblilərin “Mən hüquqlarımı bilirəm”, “Hüquqlarım və vəzifələrim”, “Mənim hüququmdur erkən nikaha yox deyirəm!” mövzularında təqdimatları dinlənilib, video materiallar nümayiş olunub.















