Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

18 noyabr 2022 | 14:07

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclərin İnkişafı və Karyera Mərkəzində 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir  keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzin direktoru, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər BMT-nin Baş Məclisi tərəfindən  qəbul edilmiş Uşaq hüquqları  haqqında  Konvensiyanın ölkəmiz tərəfindən ratifikasiya edilməsinin  30 ilinin tamam olması, Ombudsman tərəfindən hər il olduğu kimi bu ildə Konvensiyanın qəbul olunmasının ildönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğu iştirakçıların diqqətinə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verililib. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirdə çıxış edən uşaqlar hüquqlarından, onlara yaradılan  şəraitdən danışaraq qalib ölkənin vətəndaşı olduqları üçün ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Valideynlər bu kimi tədbirlərin keçirilməsinin eyni zamanda uşaqların istedadlarının üzə çıxarılması üçün yaradılan şəraitə və övladlarının uğurlarının şəhər rəhbərliyi tərəfindən qiymətləndirilməsinin onların və uşaqlarının sevincinə səbəb olduğunu bildirərək minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər