Şriftin ölçüsü :

Saytın rəngi :

“Unudulmaz ömür, böyük irs” adlı tədbir keçirilib

10 dekabr 2025 | 16:46

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Unudulmaz ömür, böyük irs” adlı tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin, Gənclər və idman sektorunun, Mədəniyyət müəssisələrinin nümayəndələri, məktəblilər iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, həyat və fəaliyyətini özündə əks etdirən foto-eksponatlarla tanış olublar və kitablardan ibarət sərgiyə baxış keçiriblər. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə uzunmüddətli siyasi sabitliyin yaradılması, davamlı sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması və bu siyasətin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində göstərdiyi tarixi, çoxşaxəli və misilsiz xidmətləri xüsusi vurğulayıblar. Eyni zamanda, Ulu Öndərin gənclərin milli-mənəvi dəyərlər ruhunda, vətənpərvər, dövlətinə sədaqətli və bilikli vətəndaşlar kimi yetişməsinə verdiyi töhfələrin bu gün də öz əhəmiyyətini qoruduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Heydər Əliyevinin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub, məktəblilərin ifasında şeir və kompozisiyalar səsləndirilib.

Keçidlər