Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərində görüşlər keçirilib

16 fevral 2026 | 15:09

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin tam orta məktəblərində şagird kollektivinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə və təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda görüş keçirilib.

ŞİH başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elməddin Yusibov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.

Respublikamızda uşaqların sağlam, eyni zamanda vətənpərvər böyüməsi, təhsil alma haqqının qorunması üçün hər cür şərait yaradılıb. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, təhsilin keyfiyyətinin səmərəliliyi istiqamətində ümumtəhsil məktəblərində tələbkarlığın artırılmasının vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən polis kapitanı Nicat Qocayev bildirib ki, narkomaniya bəlasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis kapitanı diqqətə çatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır.

Naftalan şəhər İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Alı Əliyev yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər