Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2022 | 15:20

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünün hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər rəhbərliyi ilə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümum­milli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir.

12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə Naftalan ŞİH-nin başçısı, YAP şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Keçidlər