Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
07 may 2026 | 16:43
Naftalan şəhər tam orta təhsil məktəblərində, şəhər Mərkəzi Xəstəxanası PHŞ-də, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Naftalan şəhər üzrə nümayəndəliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Keçirilən tədbirlərdə Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik irsi və xalqımıza bəxş etdiyi müstəqillik ideyaları diqqətə çatdırılıb.
Silsilə tədbirlər çərçivəsində fotostendlər, mövzu sərgiləri, ədəbi-bədii kompozisiyalar və video materiallar nümayiş etdirilib.















