Ümumdünya mülki müdafiə günü ilə bağlı tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “1 mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, FHN-nin Aran Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Ruhan Nəsibov və Regional Mərkəzin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Tədbirin məqsədi “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nün mahiyyəti, fövqəladə hallar zamanı insanların cəmiyyətdəki rolunu daha da gücləndirmək, onların mülki müdafiə, təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaqla əhalinin təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.
Natiqlər Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqaməti, Mülki müdafiənin cəmiyyətimizdə rolu, təbii və texnogen xarakterli fövqəladə hadisələr, fövqəladə hallar zamanı davranış qaydaları mövzusunda çıxış ediblər.
Sonda Mülki Müdafiənin təşkili barədə videoçarx nümayiş olunub.















