Ümumdünya Fiziki Aktivlik Günü qeyd edilib
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil müəssisələrində, idman məktəbində, V.Namazov adına Körpələr evi-Uşaq bağçasında 6 aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Fiziki aktiv ol, sağlam həyat tərzi seç” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən natiqlər Ümumdünya Fiziki Aktivlik Gününün yaranma tarixi, sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar göstərilib. Bununla yanaşı, ŞİH tərəfindən hazırlanmış maarifləndirici materiallar iştirakçılara paylanılıb.
Tədbirin keçirilməsində məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndlərinə uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşıyır.