Ümumbəşəri dəyərlərə, humanizmə, milli maraqlara xidmət edən uğurlu fəaliyyət
Ali məramlı fəaliyyətilə ölkəmizdə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla respublikamızın tərəqqisinə mühüm töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı qarşısında, eləcə də qadın siyasətinin inkişafında müstəsna xidmətləri danılmazdır. Həmçinin hörmətli Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin təbliği sahəsində əvəzsiz xidmətlər göstərib. Fəaliyyətilə ümumbəşəri dəyərlərə, humanizmə söykənən və milli maraqlarımıza xidmət edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, ölkəmizin inkişafına müstəsna töhfələr verən tarixi xidmətləri müstəqil Azərbaycanın şanlı tarixinə əbədi yazılacaq.
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ŞİH Başçısının müavini, ŞİH-nin məsul əməkdaşları, Şəhid ailələri, ziyalılar iştirak edib.
ŞİH Başçısının müavini çıxış edərək Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyətindən,o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, İslam mədəni irsinin təbliği, milli mədəni irsimizin qorunmasındakı tarixi xidmətlərindən və qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə göstərdiyi böyük dəstəyindən söhbət açıb. Ərazi bütövlüyümüzü bərpa edərək böyük sərkərdə kimi tarixə düşən Möhtərəm Prezidentimiz, dahi şəxsiyyət cənab İlham Əliyevin həyat yoldaşı olaraq göstərdiyi müstəsna xidmətlərdən danışıb.
Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun xanımı Rübabə Aslanova, Vətən Müharibəsi Şəhidi Bəhruz Quliyevin xanımı Əfsanə Quliyeva və digər natiqlər hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirməsindən, onlara, övladlarına göstərilən diqqət və qayğıdan söhbət açıblar. Həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi uğurlu layihələrdən danışaraq dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda “Birinci xanım" sənədli filmi nümayiş olunub.