Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndərin izi ilə” mövzusunda tədbir keçirilib

20 may 2024 | 16:07

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Ulu Öndərin  izi ilə” mövzusunda tədbir keçirilib.  

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, Heydər Əliyev Mərkəzinin direktoru, təhsil işçiləri, AQUPDK yanında Uşaq Səfirlər Məclisinin regional nümayəndələri, məktəblilər iştirak edib. 

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Uşaq musiqi məktəbinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Tədbiri Uşaq Səfirlər Məclisinin regional nümayəndəsi Nihal Abbaszadə açaraq Uşaq Səfirlər Məclisi haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə uşaqların firavan böyüməsinə, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün ölkəmizdə bu siyasətin uğurla davam etdirilməsindən bəhs edərək ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya uşaqlar adından dərin minnətdarlığını ifadə edib.

Uşaq Səfirlər Məclisinin regional nümayəndəsi Şəhla Bədəlova hər zaman sonsuz minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndərin uşaqların ən böyük himayədarı olduğunu, yeniyetmə və gənclərin vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verdiyini qeyd edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələnin  başlandığını fəxrlə vurğulayıb.

Digər çıxış edənlər dahi rəhbərin keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən söhbət açıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini özündə ehtiva edən film nümayiş etdirilib.

Tədbir  AQUPDK yanında “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəliklərinin Tədbirlər Planına uyğun olaraq keçirilib.

Keçidlər