Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

02 mart 2023 | 15:05

Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinə dair Naftalanda ŞİH-nin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpasına kömək məqsədilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Millət vəkilləri Anar Məmmədov, Arzu Nağıyev, Rauf Əliyev və bir qrup gənc iştirak edib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Aksiyada iştirak edən natiqlər ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.

Keçidlər