Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

08 may 2023 | 15:23

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Naftalan şəhər polis şöbəsində ağacəkmə aksiyası keçirilib.

Şəhər ərazisində baş tutan aksiyada Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, polis əməkdaşları iştirak ediblər.
Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra ağac tingləri əkilib, onların suvarılması təmin edilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul olunaraq icra edilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam mühitdə yaşaması üçün ardıcıl işlər görülür.

Keçidlər