Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi vətənpərvərlik məktəbidir” adlı tədbir keçirilib

04 mart 2023 | 10:36

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində V.Namazov adına Körpələr evi-Uşaq bağçasında “Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi vətənpərvərlik məktəbidir” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, təhsil sektorunun nümayəndələri, Körpələr evi-Uşaq bağçasının kollektivi, ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən Sevinc Nəcəfova Ulu Öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli tarixi şəxsiyyət olduğunu vurğulayaraq Ümummilli Liderin zəngin həyat yolundan, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb.

Çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələri haqqında geniş söhbət açaraq müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolunun hər bir azərbaycanlı üçün əsl örnək olduğunu diqqətə çatdırıblar.

Keçidlər