Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin irsi və müasir Azərbaycan mövzusunda elmi konfrans keçirilib

10 may 2022 | 15:42

Naftalan Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi və Müasir Azərbaycan” adlı konfrans keçirilib.

            Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Veteranlar Şurasının üzvü, yazıçı, əfsanəvi 91-lərdən olan, Respublikanın ”Əməkdar jurnalisti” Tahir Məmmədov, tarix elmləri doktoru, professor, Respublikanın “Əməkdar elm xadimi”,  Solmaz Rüstəmova - Tohidi, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının rəhbəri, Ağsaqqallar Şurasının sədri, şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri iştirak edib.

            Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

            Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş  Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Konfransı açıq elan edən ŞİH başçısı “Heydər Əliyev siyasətinin təntənəsi:Tarixi Zəfərimiz” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, qeyri-adi zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş fenomen tari­xi şəxsiyyətdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız ərazi bötüvlüyünü bərpa etdi və dünyaya göstərdi ki, müqəddəs saydığımız torpaqlarımız üçün hər zaman canımızı qurban verməyə hazırıq. Həmçinin, Ümummilli Liderin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursunun bu gün möhtərəm cənab Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

            Digər natiqlər, Azərbaycanın uğurlu inkişafının məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini bildiriblər. Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yer tutmuş, demokratiya, siyasi sabitlik,  müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi. 

            Konfransda, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə üzvlük  vəsiqələrinin təqdim olunub.

            Konfrans iştirakçıları, Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto və video materiallarla  tanış olublar. Daha sonra vətənpərvərlik mövzusuna çəkilmiş rəsm işləri və Ulu Öndər haqqında kitablardan ibarət sərgiyə baxış keçirilib.

            Konsert tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” mahnı və rəqs ansamblının konsert  proqramlı ilə davam edib.

Keçidlər