Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı tədbir keçirilib

18 iyul 2023 | 15:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gəncə şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı 3 günlük tədbir keçirilib.

Milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üç günlük tədbirdə Naftalan şəhərindən olan fəal gənclər də iştirak ediblər.

Seminar çərçivəsində ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyaların təşkili, tarixi-mədəni abidələrin ziyarət edilməsi, intellektual yarışlar, eləcə də digər əhəmiyyətli tədbirlər həyata keçirilib.

Qeyd edək ki, açılış mərasimində Fondun maliyyə dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və azərbaycançılıq" filmi nümayiş etdirilib.

Keçidlər