Şriftin ölçüsü :

Saytın rəngi :

TV kanallarının çəkiliş qrupları Naftalanda olub

26 sentyabr 2025 | 17:35

27 Sentyabr – Anım Günü ərəfəsində İTV, APA TV və ARB 24 televiziya kanallarının əməkdaşları Vətən Müharibəsinin ilk mülki şəhidləri olan Qurbanovlar ailəsini ziyarət ediblər. Görüş zamanı çəkiliş qrupları ailənin evində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış xatirə otağı ilə tanış olub, burada onların həyat yolunu əks etdirən foto şəkillərə və şəxsi əşyalara baxış keçirib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidlərin ailə üzvü Nadir Qurbanov baş vermiş terror aktı haqqında danışıb və dövlətimiz tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığını ifadə edib.

Çəkiliş zamanı kənd sakinləri beş il bundan öncə 27 Sentyabr  tarixində başlayan Vətən Müharibəsi ilə bağlı xatirələrini bölüşərək tarixi Qələbənin, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və dəmir yumruğu, şanlı ordumuzun cəsur döyüşçüləri sayəsində mümkün olduğunu vurğulayıblar.

Naftalan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin kollektivi Vətən Müharibəsi dövründə əsgər və zabitlərimizə göstərdiyi fədakarlıq və peşəkar tibbi xidmətlə seçilmiş, əvəzsiz xidmətləri ilə xalqımızın yaddaşında əbədi iz qoymuşdur.

Çəkiliş qrupu xəstəxananın kollektivi ilə görüşərək onların qəhrəmanlıqla dolu xatirələri dinlənilib, ağır və eyni zamanda şərəfli günlərin hadisələri bir daha yada salınıb, kövrək və duyğulu anlar yaşanıb.

Keçidlər