Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin NTV kanalının aparıcısı Esra Gezginci Naftalanda olub

21 oktyabr 2022 | 16:43

Türkiyənin NTV və Azərbaycanın İTV kanallarının çəkiliş qrupu birgə layihə çərçivəsində Azərbaycanın tarixi yerlərindən, turizm bölgələrindən, eləcə də unikal Naftalan nefti və şəhərin turizm potensialı barədə reportaj hazırlamaq üçün  beynəlxalq turizm mərkəzi Naftalanda olublar.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov NTV kanalının tanınmış aparıcısı Esra Gezginci ilə görüşüb. Görüş zamanı şəhər rəhbəri Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin qırılmaz tellərlə bir-birinə bağlı olan qədim tarixə malik olduğunu vurğulayaraq qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman nümunə olub. Vətən müharibəsi zamanı da Azərbaycan Türkiyə dostluğu bunu bir daha sübut etdi. Şəhər rəhbəri Naftalanın turizm potensialı haqqında  ətraflı məlumat verərək qeyd edib ki, şəhərinin bütün sahələrdə inkişafının əsasını Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı, qarşıya qoyduğu vəzifələrin uğurlu icrası təşkil edir. Bunun nəticəsidir ki, Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib.  

Esra Gezginci Azərbaycan xalqının  uğurlarının Türkiyə üçün qürur mənbəyi olduğunu qeyd edərək beynəlxalq turizm mərkəzi Naftalan şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib.  Çəkiliş zamanı göstərilən köməkliyə görə minnətdarlığını ifadə edib.

Həmçinin Naftalan şəhərinin gənc cüdoçuları ilə görüşə gəlmiş ikiqat Paralimpiya oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu İlham Zəkiyev də görüşdə iştirak edib.

Keçidlər