Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin baş konsulu Naftalanda olub

13 aprel 2023 | 15:56

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu cənab Rəcəp Öztop Naftalan şəhərinə səfər edib. 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov və Baş konsul ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

ŞİH-də davam edən görüşdə icra başçısı qonaqlara bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı xalqlarımızın ortaq milli mənəvi dəyərlərindən və ənənələrindən güc alır. “Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq. Həmçinin, icra başçısı şəhərin turizm potensialı haqqında qonaqlara ətraflı məlumat verib. 

Baş konsul Naftalanda olmaqdan məmnunluğunu ifadə edib. Həmçinin, Türkiyəli qonaq “Garabagh Resort & Spa Naftalan”da Naftalan nefti ilə həyata keçirilən prosedurlarla yaxından tanış olub. 

Keçidlər