Türkiyəli qonaqlar Naftalanda olublar
Türkiyənin Gənclər və İdman Nazirliyinin Sakarya vilayətinin Gənclik Mərkəzinin müdiri Ercan Gündoğdunun rəhbərlik etdiyi nümayəndə heyəti Naftalan şəhərində “Garabag Resort & SPA” hotelini ziyarət ediblər. Qonaqlar şəhərin turizm və sağlamlıq imkanları ilə yaxından tanış olublar.
70-dən çox xəstəliyin müalicəsində istifadə edilən və dünyada müalicəvi xüsusiyyətlərinə görə tanınan unikal Naftalan nefti ilə bağlı qonaqlara ətraflı məlumat verilib. Vurğulanıb ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan beynəlxalq turizm mərkəzinə çevrilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında gənclər siyasəti, idman, sağlam həyat tərzi və turizm sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iki qardaş ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkili çəkdirilib.















