Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyəli iş adamları ilə görüş

14 avqust 2024 | 14:16

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı TİMTAŞ şirkətinin rəhbəri Mehmet Akay və rəhbərlik etdiyi nümayəndə heyyətini qəbul edib.

Qonaqlara Beynəlxalq Turizm Mərkəzinə çevrilmiş Naftalanın turizm potensialı, kurort şəhərinin davamlı inkişafı üçün yaranmış geniş imkanlar barədə məlumat verilib.

Qonaqlar qardaş Azərbaycanda, o cümlədən Naftalan şəhərində olmaqdan qürur duyduqlarını bildiriblər.

Sahibsiz heyvanların bəslənmə köşkünün özəllikləri barədə məlumat verib, qeyd edib ki, təkrar emal edilə bilən qablaşdırma tullantılarının toplanaraq iqtisadiyyata gətirilməsi Türkiyədə və dünyada innovativ yola çevrilib. Bildirib ki, istehsal edilən tullantılar müqabilində küçə heyvanlarını bəsləyən Pugedon TA-301 Matik təkrar istehlak ilə Türkiyə və dünyada böyük bir sosial məsuliyyət layihəsi həyata keçirirlər.

Keçidlər