Şriftin ölçüsü :

Saytın rəngi :

"Türk Mətbəxi Həftəsi" adlı tədbir keçirilib

31 may 2023 | 14:58

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Şəmkir şəhərində “Türk Mətbəxi Həftəsi” adlı tədbir keçirilib.

Tədbirdə Gəncə, Naftalan, Şəmkir, Göygöl, Samux icra başçıları ilə yanaşı, Qərb bölgəsi üzrə hotel, restoran sahibləri, sənətçilər ve media nümayəndələri iştirak edib.

Qeyd edək ki, yüz illərdən bəri mədəni irs, adət-ənənə və dərin bir təcrübənin əsəri olan zəngin “Türk Mətbəxi həftəsi” 21-27 may tarixləri arasında Bakı və Naxçıvanda da keçirilib.

Tədbirdə Türkiyənin qədim mədəniyyətinə malik olan Hatay bölgəsinin mətbəxinə məxsus təamlar təqdim edilib.

Keçidlər