Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm şəhərinin təmizliyi hər zaman diqqətdə saxlanılır

15 iyul 2024 | 14:44

Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə regionlarda aparılan abadlıq quruculuq işləri Naftalan şəhərində də davam etdirilir. Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərinin infrastrukturu yenilənib, park və xiyabanlarda yaşıllıqlar salınıb. Turizm şəhərində ətraf ərazilərin təmizliyinə xüsusi diqqət göstərilir. Turistlər arasında aparılan sorğudan da aydın olur ki, şəhərin təmizliyi buraya gələn yerli və xarici turistlərin məmnunluğuna səbəb olub.

Şəhər İcra Hakimiyyətində təmizlik vəziyyəti ilə bağlı növbəti iclas keçirilib. Tədbirdə ŞİH-nin başçısı, İcra Hakimiyyətinin məsul əməkdaşları, 1 nömrəli SİƏD üzrə nümayəndə, şəhər Bələdiyyəsinin sədri, KTİB-nin rəisi iştirak ediblər.

Keçidlər