Turizm işçilərinin peşə bayramı qeyd olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə turizm işçilərinin peşə bayramı qeyd olunub. Turizm İnformasiya Mərkəzində keçirilən görüşdə ŞİH-nin o cümlədən Hotel və Müalicə mərkəzlərinin nümayəndələri, turistlər iştirak edib.
ŞİH başçısının müavini Kəmalə Hüseynova son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər haqqında, həmçinin Naftalanın turizm potensialı barədə söhbət açıb.
Hotel və Müalicə Mərkəzlərinin nümayəndələri Naftalanda turizmin inkişafı istiqamətində görülən işləri vurğulayaraq, turist məmnuniyyətini qeyd ediblər.
Görüşdə iştirak edən xarici turistə Naftalan neftinə və onu dünyada tanıdan Beynəlxalq Turizm Mərkəzi Naftalana həsr olunmuş Naftalan-“Möcüzəni Hiss Et” adlı kitabı hədiyyə olunub.
Sonda Naftalanda turizm potensialını əks etdirən video çarx nümayiş olunub.















