Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərbiyə prosesində zorakılığın yol verilməzliyi” mövzusunda tədbir keçirilib

23 may 2024 | 15:13

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Tərbiyə prosesində zorakılığın yol verilməzliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Bələdiyyə sədrləri, məktəb direktorları, psixoloqlar iştirak edib.

 “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”-na əsasən qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd edilib ki, uşaqlara qarşı zorakılıq uşağın konstitusiya və azadlıq hüquqlarının pozulmasıdır. Zorakılıq və onun getdikcə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı zorakılıq onların sağlamlığına, inkişafına, ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını özündə cəmləşdirir.

Zorakılığın uşaqlarda yaratdığı travma və psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında iştirakçılara geniş məlumat verilib, yolverilməzliyi qeyd edilib.

Tədbirdə video çarx nümayiş etdirilib, müzakirələr aparılıb.

Keçidlər