Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

01 sentyabr 2026 | 11:43

Goranboy rayonunda, Goranboy rayonu və Naftalan şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov və təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar şagirdlərin əl işləri, yaradıcılıq nümunələri, müxtəlif layihələr çərçivəsində hazırlanmış materiallar və təhsil sahəsində əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxış keçiriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Konfransda çıxış edən natiqlər təhsil sahəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun formalaşdırılması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd ediblər.

Konfransın sonunda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Keçidlər