Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçiləri ilə görüş keçirilib

10 iyun 2024 | 14:15

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil işçiləri ilə görüş keçirilib.

Tədbirdə ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri, məktəb direktorları, digər məsul əməkdaşlar iştirak edib.  

ŞİH-nin başçısı Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmasından, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışıb. Təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim, valideyn, şagird münasibətlərinə yönəldilməsinin vacibliyini qeyd edib.

ŞPŞ-nin rəisi, polkovnik Zaur Bədəlov tərbiyə prosesində vətənpərvərlik tərbiyəsinin, sağlam həyat tərzinin təbliğinin vacibliyini qeyd edərək bu istiqamətdə işlərin yerinə yetirilməsində müəllimlərlə yanaşı məktəb psixoloqlarının üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

Digər çıxış edənlər təhsil sahəsində həyata keçirilən yeniliklərdən, ölkə rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar.

Görüşdə zərərli vərdişlərə qarşı, eləcə də təhsildən yayınma hallarının yolverilməzliyi, qarşısının alınması barədə görülmüş işlər, qarşıda duran məsələlər müzakirə olunub.

Keçidlər