Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbirlər Planının icrasına dair toplantı keçirilib

28 oktyabr 2025 | 14:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin Naftalan şəhərinin inzibati ərazisində həyata keçirilməsi üçün şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası ilə bağlı “Naftalan şəhərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvlərinin iştirak ilə toplantı keçirilib .

Toplantıda ŞİH başçısının müavini, komissiyanın sədri Arzu Məmmədov narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək mövcud Dövlət Proqramı barədə məlumat verib. Dövlət Proqramından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Tədbirlər Planı ilə komissiya üzvlərini tanış edib və qarşıda duran vəzifələr müzakirə olunub. Bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, profilaktika və maarifləndirmə tədbirlərinin gücləndirilməsi və gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda, aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və tədbirlərin yerinə yetirilməsinə dair hesabatlılığın təmin olunmasının vacibliyi vurğulanıb.

Keçidlər