“Təbiəti qoruyaq, yaşıllıqları artıraq” adlı maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, eləcə də şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak edib.
Çıxış edənlər iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıblar. Sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib. Sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasından, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyindən danışılıb.
Tədbir diskussiya şəklində davam etdirilib.