Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximizin Şanlı Zəfər salnaməsi”

07 noyabr 2024 | 11:38

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr edilmiş “Tariximizin Şanlı Zəfər salnaməsi“ mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin əməkdaşları, YAP şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, Heydər Əliyev Mərkəzinin direktoru, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.

İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 08 noyabr - Zəfər Gününə həsr olunmuş video material nümayiş olunub.

Tədbirdə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından söhbət açılıb. Qeyd edilib ki, xalqımızın tarixinə əbədi olaraq qızıl hərflərlə yazılan 08 noyabr-Şanlı Zəfər salnaməsinə ordumuzun rəşadəti, dövlətimizin siyasi qüdrəti, ölkə Prezidenti cənab İlham Əliyevin müdrikliyi hesabına nail olunub. Xalqımız yumruq kimi birləşərək, öz rəhbərinin ətrafında səfərbər olaraq bir daha Azərbaycan xalqının əzmini bütün dünyaya nümayiş etdirdi.

Çıxış edən şəhid ailələri, qazilər əsgər və zabitlərimizin qəhrəmanlığından qürurla söhbət açaraq, ölkə rəhbərinə onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir şəhər Uşaq Musiqi məktəbinin kollektivinin hazırladığı ədəbi-bədii proqramla davam etdirilib.

Keçidlər