Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

17 oktyabr 2023 | 11:29

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda ŞİH tərəfindən təşkil olunan dəyirmi masada İH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru, təhsil işçiləri və gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlarla tanış olublar.

Tədbirdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov qeyd edib ki, Ulu Öndər öz xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Digər çıxış edənlər Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, ölməz ideyalarının bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, 20 il öncə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Aparılan siyasət nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, saysız-hesabsız uğurlar qazanılıb, ölkəmiz dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən birinə çevirib.

Keçidlər