Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa İli” çərçivəsində tədbir keçirilib

19 avqust 2022 | 14:36

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalan Reabilitasiya Mərkəzində  Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Naftalan şəhərində il ərzində həyata keçiriləcək Tədbirlər Planı çərçivəsində “Şuşa, tarixi Zəfərin şahidi şəhər” adlı tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Reabilitasiya Mərkəzinin direktoru, mərkəzdə müalicə olunan qazilər və əlilliyi olan şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Öncə vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən ŞİH-nin məsul əməkdaşı Şahmar Ədilov Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında Sərəncamının mühüm siyasi və tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısının bu qərarının eyni zamanda xalqımızın tarixinə və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisi olduğunu qeyd edərək 30 illik işğala 44 gün ərzində son qoyan Müzzəfər Ali Baş Komandanımız cənab  İlham Əliyevin adını tariximizə son iki yüz ildə işğal edilmiş torpaqlarımızı düşməndən hərbi gücü ilə geri alan böyük sərkərdə, tarixi şəxsiyyət kimi qızıl hərflərlə  yazdırdığından danışıb. Həmçinin rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrinin, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını  bildirilib.

ŞİH-nin məsul əməkdaşı Afət Mustafayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin uğurlu nəticəsinin  Azərbaycanı beynəlxalq təşkilatların ən mötəbər üzvünə çevirdiyini vurğulayaraq qəbul etdiyi qəraqrların, Dövlət Proqramlarının eləcə də  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın xalqımızın hər tərəfli inkişafı, sosial rifah halının yaxşılaşdırılması, sağlam həyat tərzinin təbliğ olunması baxımından böyük tarixi sənədlər olduğunu qeyd edib.   

Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Abdurrəhmanova və çıxış edən digər natiqlər ölkə rəhbərinin siyasi kursunu dəstəklədiklərini vurğulayaraq,  ölkəmizin hər bir guşəsinin gözəllik diyarına çevirildiyindən, şəhid ailələrinə və qazilərə, məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğıdan danışaraq azad olunmuş ərazilərimizdə abadlıq, quruculuq işlərinin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyindən söhbət açıblar. Eyni zamanda otuz ilə yaxın davam edən yurd həsrətinə son qoyulacağından, yeni salınmış və ən müasir infrastrukturla təmin edilmiş Zəngilan rayonunun Ağalı kəndinə böyük qayıdışın müdrik siyasətin bariz nümunəsi olduğunu qeyd edərək ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər