Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili” çərçivəsində keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb

15 dekabr 2022 | 14:10

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Şuşa ili”nə həsr olunmuş Rus dili olimpiadasında I yerin qaliblərindən biri  olan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin VIII-a sinif şagirdi Nəsirullayeva Fatimə Nəsib qızı və  “Əziz Şuşa, sən azadsan”  inşa müsabiqəsində III dərəcəli diplomla  təltif olunmuş  İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin XI-b sinif şagirdi Hüseynzadə Səriyyə Rəhman qızı ilə görüşüblər.

Görüşdə ŞİH-nin məsul əməkdaşları, məktəb direktorları iştirak ediblər.

Görüş zamanı şəhər rəhbəri qeyd edib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illərdə milli təhsilimizin inkişafı ilə bağlı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən kompleks tədbirləri vurğulayaraq, qalib şagirdləri, onların müəllimlərini təbrik edib uğurlar arzulayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri dövlət siyasətinin əsas məqsədinin istedadlı uşaqların üzə çıxarılması, savadlı gəncliyin yetişdirilməsi, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olduğunu qeyd edərək qalibləri təbrik edib.

Şagirdlər təhsil almaları üçün dövlətimiz tərəfindən onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda müsabiqə qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Keçidlər