Sülh Aylığı çərçivəsində hüquqi maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyəti və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Ombudsman tərəfindən ölkəmizdə elan olunmuş Sülh Aylığı çərçivəsində “Sülh mədəniyyəti və İnsan hüquqlarının müdafiəsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınmasında xüsusi aktuallıq daşıdığını qeyd edib.
Digər natiqlər diqqətə çatdırmışdır ki, Sülh aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.















