Sudan səmərəli istifadəyə dair tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
İctimaiyyətin maarifləndirilməsi məqsədi ilə keçirilən tədbirdə ŞİHB-nın müavini, Ekologiya və Təbii Sərvətlər Nazirliynin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azmelsutəsərrüfatı” ASC, “Azərsu ASC-nin əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr iştirak edib.
ŞİHB-nın müavini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini, su təsərrüfatının idarə olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, şəhər ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
Çıxış edənlər ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayaraq sudan məişətdə və kənd təsərrüfatında qənaətlə istifadənin təmin edilməsinin müsbət nəticələrindən söhbət açıblar. Sudan səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilməsinin vacibliyini vurğulayıblar.