Şriftin ölçüsü :

Saytın rəngi :

Subartezian quyusu yenidən istifadəyə verilib

05 avqust 2025 | 14:29

Naftalan şəhərində əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Belə ki, şəhərin Qaşaltı Qaraqoyunlu kəndində ümumilikdə 240 hektar əkin sahəsinin və həyətyanı sahələrin suvarılması üçün nəzərdə tutulan subartezian quyusu Naftalan Bələdiyyəsi tərəfindən təmir edilərək yenidən əhalinin istifadəsinə verilib.

Kənd sakinləri müraciətlərinə tez reaksiya verildiyi üçün təşəkkürlərini ifadə ediblər.

Keçidlər