Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial xidmətlərdən səmərəli istifadə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

27 fevral 2026 | 14:54

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3-cü “Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığının artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar olaraq “Sosial xidmətlərdən səmərəli istifadə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının məsul əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda sosial xidmət sahəsində dövlət siyasətinin prinsiplərindən bəhs edilib, vətəndaşlara mövcud sosial xidmətlərin növləri, onlardan istifadə qaydaları, müraciət mexanizmləri, eləcə də digər sosial xidmətlərin göstərilməsi üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib.

Maarifləndirici görüş zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı bukletlər paylanılıb.

Keçidlər