Şriftin ölçüsü :

Saytın rəngi :

Silsilə tədbirlər davam edir

23 sentyabr 2026 | 16:20

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhərin Qaşaltı Qaraqoyunlu kəndində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Gəncə - Daşkəsən Regional təhsil idarəsinin müdiri Elçin Kərimov, məsul əməkdaşlar və məktəblilər iştirak edib.

Tədbir iştirakçıları öncə Vətən Müharibəsinin ilk mülki Şəhidləri Qurbanovların və Şəhid Elyəddin Cəfərovun məzarlarını ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Şəhid ailələrinin ziyarəti zamanı 2020-ci il sentyabrın 27-də başlanmış və Şanlı Zəfərlə başa çatmış Vətən müharibəsi zamanı canlarını fəda edən Şəhidlərimizin xatirəsinin həmişə qəlbimizdə yaşayacağını, onların ailələrinin, o cümlədən qazilərimizin dövlətimiz tərəfindən daim diqqətdə saxlanıldığı xüsusi vurğulanıb.

Məktəblilərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvü faciəvi şəkildə vəfat edib.

Keçidlər