Səyyar vətəndaş qəbulu keçirilib
08 iyul 2025 | 14:51
Naftalan ŞİH başçısının səyyar qəbul qrafikinə əsasən, sakinlərlə yerlərdə növbəti görüş keçirilib, vətəndaşların müraciət və təklifləri dinlənilib.
Səyyar vətəndaş qəbulunda ŞPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və sakinlər iştirak edib.
Şəhər rəhbəri əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən, dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.















