Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov 44 günlük Vətən Müharibəsində canlarından keçən Şəhidlərimizin məzarlarını ziyarət edib.
Tədbirdə YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar şurasının sədrləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri və digər məsul şəxslər iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
ŞİH başçısı xalqımızın şəhid və qazilərimizlə fəxr etdiyini vurğulayaraq onların adlarının və xatirələrinin daim yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib.















