Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə qayğı dövlətin prioritetidir

05 fevral 2024 | 15:23

Dövlətimiz tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə iştirakçılarına onların ailələrinə dövlət qayğısı Naftalan şəhərində də hər zaman nümunə götürülür, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Şəhər İcra Hakimiyyətinin başçısı, polis rəisi ilə birlikdə 44 günlük Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun atası İlqar Adıgözəlovu əməliyyatdan sonra xəstəxanada ziyarət edib, onun səhhəti və xəstaxanada ona yaradılan şəraitlə maraqlanıb.

Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev məlumat verib ki, xəstənin vəziyyəti keçirdiyi cərrahi əməliyyata uyğun olaraq qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Adıgözəlov Fərid İlqar oğlu 18 oktyabr 2020-ci ildə Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham İlham Əliyevin müvafiq Sərəncamları ilə Fərid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.  

Keçidlər